Laçında məskunlaşan sakinlərin sayı açıqlanıb
Laçında dünən də daxil olmaqla 3 153 nəfər məskunlaşıb. SİA xəbər verir ki, bu barədə Laçındakı xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev məlumat verib. Onun sözlərinə görə, ümumilikdə isə şəhərə gəlib-getmək üçün 8 minə yaxın şəxsə elektron portalda icazə verilib. Məlumata…
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,29 ABŞ dolları, yaxud 1,9 % azalaraq 66,43 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 64,26…
İslamofobiya Avropa və Amerikanın bəzi regionlarında artmaqdadır…
Bakı şəhərində keçirilən islamofobiyaya qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans yüksək səviyyədə təşkil edildi. Bu cür beynəlxalq platformalar müxtəlif ölkələrdən olan ekspert və iştirakçılar arasında geniş fikir və təcrübə mübadiləsinə şərait yaradır. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu…
ABŞ-dan Ukrayna ilə bağlı çağırış
Ukrayna münaqişəsinin tərəfləri gərginliyin daha da artmasına yol verməməli və sülh yolu ilə nizamlanması üçün danışıqlar aparmalıdırlar. SİA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tammi Bryus deyib. “Biz tərəfləri təmkinli olmağa və gərginliyin qarşısını almağa çağırırıq….
Laçındakı sənaye müəssisələrində çalışan işçilər 1 000 manata yaxın əməkhaqqı alır
Laçındakı sənaye müəssisələrində çalışan işçilər 1000 manata yaxın əməkhaqqı alır. SİA xəbər verir ki, bunu Laçındakı xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev deyib. O qeyd edib ki, Laçında 53 hektar ərazidə sənaye parkı yaradılıb və ötən gün Azərbaycan Prezident iki müəssisənin…
Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb
Bu il mayın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 104,4 bənd təşkil edib. Bu barədə SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, aylıq müqayisədə 1,5 bənd az, ilin əvvəli ilə müqayisədə 4,8 bənd az, ötən il…
Tallində Azərbaycanın Müstəqillik Günü təntənəli mərasimlə qeyd olunub
28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Estoniyadakı səfirliyi tərəfindən Tallində təntənəli mərasim təşkil olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, səfirlikdən verilən məlumata görə, tədbir Estoniyanın və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Səfir Anar Məhərrəmov çıxışında 1918-ci…
Daha bir ölkədə evtanaziya qanuniləşdi
Fransa parlamentinin aşağı palatası evtanaziyaya icazə verən qanun layihəsini qəbul edib. SİA xəbər verir ki, bu barədə “France-24” məlumat yayıb. Bildirilib ki, qanun layihəsi 305 lehinə və 199 əleyhinə səslə təsdiqlənib. Sənəd bundan sonra parlamentin yuxarı palatasında müzakirə olunacaq. Məlumata…
Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Bu gün Azərbaycanda Müstəqillik Günüdür. SİA xatırladır ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür. Bu bayram artıq üçüncü ildir ki, işğaldan azad olunan torpaqlarda da qeyd olunur. 1917-ci…
Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesablarında 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib. SİA xəbər verir ki, paylaşımdakı fotonun üzərində bu sözlər yer alıb: “28 May – Müstəqillik Günü”.