Month: May 2025

MDB-nin Baş katibi İlham Əliyevi təbrik edib

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik günü münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: “Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Azərbaycan milli suverenlik illərində dünya birliyinin tamhüquqlu üzvünə çevrilib, geniş…

Azərbaycanda vergi borcları 3 milyard manatı keçib

2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar üzrə borclar 344,9 milyon manat və yaxud 12,2 % artaraq 3 milyard 169,3 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin…

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti İlham Əliyevi təbrik edib

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. SİA xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və bütün Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə BP şirkəti adından səmimi-qəlbdən…

Bakı Slavyan Universitetində Karyera yarmarkası təşkil olunur

Bu gün Bakı Slavyan Universitetində Karyera yarmarkası təşkil olunur. SİA xəbər verir ki, yarmarkada 4-cü kurslar, yəni cari ilin məzunları iştirak edirlər. Qeyd edək ki, bu onlar üçün fürsətdir. Otuz beş müəssisə 300+ vakansiya ilə iş imkanları təqdim edir.

Onların repatriasiyası üçün 44,7 min manat vəsait xərclənib

Ötən il dövlət büdcəsindən Suriyada saxlanılan Azərbaycan vətəndaşlarının repatriasiyası ilə bağlı xərclər üçün 44,7 min manat vəsait istifadə olunub. SİA xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub. Bildirilib ki, beynəlxalq…

Gəncləri boşanmağa vadar edən əsas səbəblər hansılardır?

Cəmiyyətimizdə nikah müqəddəs və əhəmiyyətli bir birlik kimi qiymətləndirilsə də, son illərdə boşanmaların sayında müşahidə olunan artım nikah institutunun dəyişən dinamikasına işarə edir. Bu dəyişiklikdən xüsusilə təsirlənən sosial qruplardan biri də gənclərdir. Ənənəvi dəyərlərin müasir həyat tərzi ilə toqquşması gənclərin…

Son 5 ildə sosialyönlü xərclər 4 milyard manatdan çox artıb

Son 5 ildə sosialyönlü xərclər 4013,5 milyon manat artıb. SİA xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub. Sənədə əsasən, ötən il ərzində məcmu olaraq sosialyönlü xərclər (büdcə xərclərinin əməyin ödənişi…

İlham Əliyev Laçın kanat yolunun təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın kanat yolunun təməlini qoyub. SİA xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlət başçısına görüləcək işlər barədə məlumat verdi. Laçının füsunkar təbiəti, turizm imkanları nəzərə alınaraq rayonda turizm infrastrukturunun…

Azərbaycanda ötən il neft-qazın bazar qiymətləri büdcə qiymətlərindən az olub

2024-cü ildə dünya bazarında “Azəri Light” markalı xam neftin 1 barelinin və təbii qazın 1 000 kubmetrinin orta qiymətləri dövlət büdcəsində nəzərdə tutulandan müvafiq olaraq 4,2 % və 18,1 % az olub. SİA bu barədə “2024-cü il dövlət büdcəsinin icrası…

Ombudsman BMT-yə çağırış edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandiyə vaxtilə Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdış hüququ ilə bağlı məktub ünvanlayıb. SİA xəbər verir ki, Ombudsman məktubda beynəlxalq hüquqa zidd olaraq, azərbaycanlıların indiki…