Azərbaycan Mərkəzi Bankı ABŞ ipoteka istiqrazlarındakı aktivlərini azaldıb
Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) ipoteka ilə təmin edilmiş ABŞ istiqrazlarına investisiyaları 520,614 milyon manat olub. SİA bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir. Sənədə əsasən, bu, 2024-cü il yanvarın 1-i ilə müqayisədə 13,6 % azdır….
Sabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında mayın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 24-27° isti…
Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə xatirə abidəsi qurulub
“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğradığı yerdə ucaldılan abidənin görüntüləri yayımlanıb. SİA xəbər verir ki, bu, təyyarənin qalıqları olan ərazinin ətrafında skamyalar və güllərlə tamamlanmış metal hasarlanmadır. Tüpkaraqan rayonunun akimi yerli mediaya izah edib ki,…
AYNA auditor seçib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Baker Tilly Audit…
ABŞ-ın Ukraynada sülh üçün səylərini alqışlayırıq
Monteneqro ABŞ administrasiyasının Ukraynada davamlı sülhün əldə olunmasına dair bütün səylərini alqışlayır. SİA xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Monteneqro Prezidenti Yakov Milatoviç ABŞ Dövlət katibinin müavini Kristofer Landau ilə görüşdə deyib. O, Monteneqronun ABŞ-ın müttəfiqi, etibarlı tərəfdaşı və…
FHN-in Aran Regional Mərkəzində mülki müdafiə məşqi keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinin təşkilatçılığı ilə Zərdab rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. SİA xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, “Fövqəladə hadisələr zamanı…
“Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda konfrans keçirilib
Yeni Klinikada “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, “Sağlamlığın Qorunması” İctimai Birliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə təşəbbüsü ilə təşkil edilən konfransın əsas məqsədi piylənmənin…
Rumıniyanın yeni hökumətinin formalaşdırılması ilə bağlı danışıqlar mayın 27-də başlayacaq
Rumıniyanın yeni seçilmiş Prezidenti Nikuşor Dan mayın 27-də yeni hökumətin formalaşdırılması üçün parlamentdəki siyasi partiyalarla danışıqlara başlamağı planlaşdırır. SİA bu barədə TASS-a istinadən xəbər verir. Dan bildirib ki, baş nazir postuna namizədi hazırkı Baş nazir səlahiyyətlərini icra edən İliye Bolojan…
Bazar günü havanın temperaturu 28 dərəcə olacaq
Mayın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-17°, gündüz 24-27° isti olacaq. Atmosfer…
İslamabadda Azərbaycanın qarşıdan gələn “Müstəqillik Günü” münasibətilə qəbul təşkil edilib
İslamabadda Azərbaycanın qarşıdan gələn “Müstəqillik Günü” münasibətilə ziyafət təşkil edilib. Tədbirdə Pakistanın Federal Neft Naziri Əli Perviz Malik də iştirak edib. SİA xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyi tərəfindən təşkil olunan qəbulda Pakistanın Sind əyalətinin qubernatoru Kamran Tessori və Xeyber-Paxtunxva…