Month: May 2025

Rusiyaya uçan təyyarə Gürcüstan üzərində SOS siqnalı verib

Rusiyaya uçan təyyarə Gürcüstan üzərində SOS siqnalı verib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Shot” Telegram kanalı məlumat yayıb. Vnukovoya uçan “Rusjet” təyyarəsi Gürcüstan üzərində SOS siqnalı verib. Təyyarənin Türkiyənin Dalaman şəhərindən Moskvaya uçuş həyata keçirdiyi bildirilib….

“İmkanların genişləndirilməsi üçün kifayət qədər resurslar mövcuddur”

“ABŞ ilə Azərbaycan arasında münasibətlərin, qarşılıqlı əlaqələrin tarixi əslində çox böyükdür. Azərbaycanın müstəqillik dönəmində uzun müddət bizim aramızda əməkdaşlıq olub. Xüsusilə, ABŞ-ın ən son prezidenti Donald Trumpın ilk dəfə hakimiyyətdə olduğu 2017-2020-ci illər ərzində Azərbaycanla ABŞ arasında münasibətlər çox yüksək…

Moskva vilayətində anbarda güclü yanğın baş verib…

Moskva vilayətinin Kotelniki şəhərində anbarda güclü yanğın baş verib. SİA-nın məlumatına görə, bu barədə Gazeta.ru Telegram kanallarına istinadən xəbər verir. Mövcud məlumata görə, Silikat rayonunda topdansatış ərzaq anbarının binası yanır. Yanğın sənaye məhəlləsində baş verib. Yanğının səbəbləri hələlik məlum deyil,…

Şirvanda əhalinin su təchizatı belə həyata keçirilir

Şirvan şəhər əhalisinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı istiqamətində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Şirvan şəhər Sukanal İdarəsi tərəfindən şəhərdə bir sıra işlər icra olunub. SİA xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki,…

Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Mehriban Əliyevanı təbrik edib

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. SİA-nın məlumatına görə, mətndə deyilir: “Çox hörmətli Birinci vitse-prezident Mehriban xanım. İcazə verin, Sizə…

Dövlət Məşğulluq Agentliyi daha 300-dən çox şəxsi peşə kurslarına cəlb edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən son bir həftədə daha 329 nəfər işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. SİA xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən…

TDT-nin Budapeşt Zirvəsi və…

Avropa İttifaqından Macarıstana qarşı artan təzyiqlərin arxasında türkəfob mərkəzlər dayanır “Qoca qitə”nin – Avropanın siyasi mərkəzlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü müzakirə edilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin əvvəlcə Tiranaya, sonra isə Budapeştə işğüzar səfərləri…

İran ABŞ-a “yeni Vyetnam və Əfqanıstanı” verməklə hədələyir

…Birləşmiş Ştatlar Yaxın Şərqdəki “qəzəblərini” dayandırmasa, “yeni Vyetnam və Əfqanıstan”la nəticələnə bilər. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə cümə günü, mayın 23-də İran Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Tehran Vaşinqtonun bu ölkələrin nəhəng kapitalının milyardlarla dollarını…

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti mayın 24-ü axşam və 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. SİA xəbər verir ki, xidmətdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Culfa,…

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycan Prezidentini təbrik edib

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir: “28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Ötən müddət ərzində Azərbaycan cəmiyyətin həyatının bütün…