Nə qalıb ki, deyirsiniz,..indidən halallaşaq?
…Yəqin ki, SİA oxucusu olaraq yaponiyalı Ryo Tatsukini tanıyırsınız. Deyim ki elə də yaşlı görünmür. Amma neçə müddətdir ki, “Yapon Baba Vanqa” kimi tanınır.
Hə, onu da deyim ki, Tatsukinin verdiyi proqnozlarından 13-ü artıq gerçəkləşib. Yəni, sual kimi çıxsa da, görən, ona inanmaq olar..?
…Deməli, Tatsuki proqnoz verib: belə ki, bu ilin iyulunda Yaponiyada güclü sunami yarada biləcək güclü zəlzələ olacağını proqnozlaşdırır. Tatsuki görür ki, okean sözün əsl mənasında qaynayacaq. Bəli, burada proqnozlaşdırıcı olmaq çətin deyil..?
Yaponiya tez-tez silkələnir, adalar artan seysmik aktivlik zonasında yerləşir.
Sual budur ki, nə qədər sarsıntı var və buna hazır ola bilərsiniz.
…Gərək ki, yadınızda olar (?) 30 il əvvəl Rusiya tarixində ən böyük təbii fəlakət Saxalində baş verdi. 1995-ci il mayın 27-dən 28-nə keçən gecə qəfil güclü zəlzələ Nefteqorsk kəndini tamamilə dağıtdı. Bir neçə bina sağ qaldı, lakin bütün panel yaşayış binaları və həmin gecə məzuniyyəti qeyd etdikləri məktəb uçdu və iki mindən çox insan öldü.
Nə isə, qayıdaq Ryo Tatsuki və onun yazdığı kitaba…
Deyim ki, bu kitab yalnız Yaponiyada satılır və başqa dillərə tərcümə edilmir, lakin 30 il ərzində ən çox satılan şəkilli kitabdır. Tatsukinin “Gördüyüm gələcək” kitabı Toxoku zəlzələsindən bir neçə ay əvvəl nəşr olunub. Darıxdırıcı rəsmləri və fəlakətlər haqqında xaotik süjeti olan orta səviyyəli manqa unudulmuş olardı, amma birdən gerçəkləşdi. On səkkiz min insan komiksdə olduğu kimi öldü.
Bir də xatırladım ki, Ryo Tatsuki nadir hallarda ictimaiyyətə görünən, şəxsi həyat sürən və 1976-cı ildən şahzadə Diana və Freddie Merkurinin ölümünü, Yaponiyada bir neçə zəlzələ və sunami və Fukusima fəlakətini proqnozlaşdıran müəllifdir.
… Və 2021-ci ildə Ryo ürpertici manqanı yenidən yayımlayır. Belə ki, “Gördüyüm gələcək”də dünyanın sonu bu ilin 5 iyuluna təyin olunub..?
…Nə qalıb ki, deyirsiniz,..indidən halallaşaq?
Əli Babayev