Dünya

Qubernator hücumundan sonra heç bir zərərin olmadığını deyir..?


…İrkutsk vilayətinin qubernatoru İqor Kobzev pilotsuz uçuş aparatının (PUA) bölgəyə hücumundan sonra heç bir zərərin olmadığını açıqlayıb.

SİA-nın məlumatına görə, bunu TASS xəbər verir.

O, bildirib ki, reydlərə məruz qalan hərbi hissənin heç bir binası dağılmayıb.

Eyni zamanda, Kobzev İrkutsk vilayətinin sakinlərini təhlükəsizlik baxımından hadisə yerindən kadrları sosial şəbəkələrdə yerləşdirməməyə çağırıb.

O, dronların buraxıldığı yük maşını da göstərib. Kobzev əmin edib ki, avtomobil artıq bloklanıb. Bundan əvvəl məlum olub ki, İrkutsk vilayətinin sakinləri yük maşınından havaya qalxan dronları daşlarla vurmağa cəhd ediblər.

İyunun 1-də Ukrayna pilotsuz təyyarələri Rusiyanın bir sıra bölgələrinə hücum edib. Qurğular Murmansk, İrkutsk və Ryazan vilayətlərində aşkarlanıb.

Əli Babayev