Rus kişiləri “cəsarətli olmaq” üçün türk seriallarına baxsınlar..?
…Və bu arada rusiyalı teleaparıcı Anfisa Çexova “Görüş yeri” verilişinin efirində gözlənilməz təşəbbüslə çıxış edib.
SİA-nın əldə etdiyi məlumata görə, Anfisa rus kişilərini “daha cəsarətli etmək” və “qadınlara necə baxmağı öyrətmək” üçün onları türk seriallarına baxmağa məcbur etmək lazım olduğunu deyib.
Təbii ki, bu bəyanat Bryansk Şəhər Dumasının deputatı, “Pravoslav Rusiyası” hərəkatının lideri Mixail İvanovun kəskin reaksiyasına səbəb olub.
…Bu cür bəyanatlar sadəcə axmaqlıq deyil, əsrlər boyu öz gücünü, cəsarətini və Vətənə sədaqətini sübut etmiş kişilərimizə qarşı təhqirdir. Bu cür “fikir liderlərinin” federal kanalda bu cür bəyanatlara yol verməsi yolverilməzdir. O, yəni rusiyalı teleaparıcı… məsuliyyətə cəlb olunmalıdır.
Bunu İvanov bildirib.
Yadınızda olar, bundan əvvəl “Rusiya veteranları” hərəkatı artıq ölkədə türk seriallarının nümayişinə qadağa qoyulmasını tələb etmişdilər.
…Bu seriallara kifayət qədər baxan xanımlar bizim bəylərə marağını itirir, onlardan xarici filmlərin yaratdığı qeyri-real davranışlar gözləyirlər.
Əşşi, bunu veteranlardan biri gileyli şəkildə desə də,..düz deyir də…
Əli Babayev