Trampın Si Cinpin ilə söhbəti baş tuta bilər…
ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin arasında söhbət gələn həftə baş tuta bilər.
SİA-nın məlumatına görə, Ağ Evin Milli İqtisadiyyat Şurasının direktoru Kevin Hassett ABC News-da iki liderin danışacağı gözlənildiyini açıqlayıb.
Hassett, liderlərin danışması üçün hələ konkret bir tarix olmadığını, ancaq yazın ilk həftəsində bunun baş verəcəyi “gözləntisinin” olduğunu söyləyib.
…Biz prezident Trampın bu həftə Çin sədri Si Cinpinlə məhsuldar ticarət müzakirələri keçirməsini səbirsizliklə gözləyirik, – deyə rəsmi bildirib.
O əlavə edib ki, hər iki tərəf ünsiyyət qurmaq istəyini ifadə edib.
Bu ərəfədə Pekin Ağ Evi ayrı-seçkilik hərəkətlərini dayandırmağa və Cenevrədə əldə olunmuş ticarət razılaşmalarına əməl etməyə çağırıb.
Əli Babayev