Vladivostokdakı həkimlər çinlilərə 13 körpə satıblar və…
…Deməli, Rusiyada, Vladivostokda prokurorluq uşaq alveri ilə bağlı cinayət işinin təfərrüatlarını açıqlayanda böyük qalmaqal yaranıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, ittiham tərəfinin fikrincə, səkkiz həkim körpələrin “istehsalını təşkil edərək” onları xaricə göndəriblər. Əslində buna “satıblar” deyilməlidir…
Bununla bağlı 13 epizod var. Ola bilsin ki, yeni doğulan körpələr LGBT icmasından olan insanların əlinə keçib..?
…Yenə deməli, Peterburq. Özəl reproduktiv klinika. Onun filialları Moskva və Vladivostokda yerləşir. Məhz bu mərkəzdən surroqat anaların uşaqları xaricə alıcılara göndərilirmiş.
…Primorsk diyarında məhkəmə uşaq alveri ilə bağlı işə baxacaq; prokurorluq özəl klinikanın səkkiz əməkdaşına qarşı ittiham aktını təsdiqləyib.
Bunu Primorsk diyar prokuroru bildirib.
Reproduktiv mütəxəssislər, ginekoloqlar və baş həkimlər araşdırma aparır.
… Şirkətin rəhbəri Anna Juravina həmkarları ilə birlikdə, müstəntiqlərin dediyi kimi, 13 uşağı xaricə satıb. Klinikanın filialları hələ də fəaliyyət göstərir və digər xəstələrə xidmət göstərməkdə davam edir.
Deyilənlərə görə, alıcılar Çindən olan ailələrdir (7) və onlar uşaqlar üçün daha çox pul ödəyiblər.
Axı Çində belə bir xidmət qadağandır.
Beləliklə, iki il ərzində rusiyalı həkimlər əcnəbilərdən 53 milyon rubldan çox qazana biliblər.
…Kifayət qədər əhəmiyyətli xəstə axınının olduğu bir sıra Avropa ölkələrində surroqat analıq tanınmır, lakin surroqat anaya icazə verilən yurisdiksiyalarda doğulmuş uşaqlar tanınır”.
Bunu rusiyalı vəkil Olqa Zinoviyeva bildirib.
…Hə, uşaq alverinin sxemi də sadə olub. Əcnəbilər uşağını daşıyan surroqat ana ilə uyğunlaşdırılıb; doğuşdan sonra körpəni vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinə atıb, orada “canlı mal” əcnəbi valideynlərə qeydə alınaraq ölkədən çıxarılıb.
…Qeyd edək ki, şübhəlilərin vəkilləri bu sxemdə səhv bir şey görmürlər.
…Bütün uşaqlar Çin vətəndaşlığına malik olduqları üçün Rusiya Federasiyasının ərazisindən qanuni olaraq çıxarılıblar. Bu uşaqlar çinlidir və çin xalqına məxsusdur, uşaqlar mükəmməl vəziyyətdədirlər, onların artıq altı yaşları var, valideynləri ilə Çində çox yaxşı yaşayırlar.
Bunu isə şübhəli həkimlərin vəkili bildirib.
Nazlı Almuradova