“HƏMAS” Qəzza danışıqlarına dərhal qayıtmağa hazır olduğunu bildirib
Fələstinin “HƏMAS” hərəkatı Qəzza zolağında atəşkəslə bağlı İsraillə dolayı danışıqlara qayıtmağa hazır olduğunu açıqlayıb. SİA xəbər verir ki, müvafiq bəyanat radikalların telegram kanalında dərc olunub.
“Mübahisəli məsələlərdə konsensusa nail olmaq üçün Qəzzə ilə bağlı dolayı danışıqlara dərhal qayıtmağa hazır olduğumuzu təsdiq edirik”, – deyə bəyanatda bildirilib. Eyni zamanda “HƏMAS” vurğulayıb ki, radikal qrup, anklavda daimi atəşkəsin təmin edilməsini və İsrail qoşunlarının oradan tamamilə çıxarılmasını məcburi şərt hesab edir.