Dünya

Hökumət miqrantları bilik testindən azad etmək üçün qanun hazırlayıb..?


…İndi də dövlət kvotası ilə işə götürülənlərin imtahanlardan azad edilməsi təklif olunur – bu, vakant yerlərin daha tez tutulmasına və iqtisadi problemlərin həllinə imkan verəcək. Rusiya hökuməti Dövlət Dumasına əmək miqrantlarının bəzi kateqoriyalarını rus dilini bilmə səviyyəsini, Rusiya tarixini və Rusiya qanunvericiliyinin əsaslarını bilməsini təsdiqləmək tələbindən azad etmək üçün qanun layihəsi təqdim edib.

SİA-nın məlumatına görə, imtahanda iştirak etməmək hüququ Rusiya hökumətinin müəyyən etdiyi kvota çərçivəsində işə götürülən miqrantlara verilir.

Qanun qəbul olunarsa, kadrların işə götürülməsinə sərf olunan vaxtı azaldacaq və Rusiya iqtisadiyyatının ehtiyaclarını daha səmərəli şəkildə qarşılamağa imkan verəcək.

Bundan əlavə, dilə mərhələli, ardıcıl uyğunlaşmanı təmin etmək üçün rus dilini bilməsini təsdiq edən sənədin verilməsi müddətinin artırılması nəzərdə tutulur.

Bu tədbir Əmək Nazirliyinin siyahısında olan peşələr üzrə işləyən mütəxəssislərə şamil ediləcək.

…Keçən il Rusiyada Saxarova miqrasiya mərkəzinin videogörüntüsü internetdə dərc edildikdən sonra qalmaqal yaranmışdı: orada, məlum oldu ki, rus dilini çətinliklə başa düşən və ya heç başa düşməyən insanlar dil bilikləri haqqında sertifikatlar alırlar.

Bunun necə baş verdiyi təbii ki, anlaşılandı…

Dil testləri də miqrant uşaqlarına mane olur.

Uşaqların 81 faizi pozuntulara görə imtahana buraxılmayıb, 50 faizi isə birinci siniflərə yazıla bilməyib – bu, Tatarıstandakı miqrantların nəticəsidir..?

Nazlı Almuradova