İqtisadiyyat

“Şəfəq” günəş elektrik stansiyası layihəsi üzrə sənəd imzalanıb


“AzərEnerji” ASC və BP şirkəti arasında “Şəfəq” günəş elektrik stansiyası layihəsi üzrə sənəd imzalanıb. SİA xəbər verir ki, sənəd Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində imzalanıb.

Sənədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons və “Azərenerji” ASC-in prezidenti Baba Rzayev imza atıblar.