Yunanıstan turizm sənayesində kəskin kadr çatışmazlığı ilə üzləşir…
…Yunanıstan gözlənilməz problemlə üzləşib. Ölkədə turistlərin çoxluğu ilə onlara xidmət göstərəcək kadr çatışmazlığı var.
SİA-nın məlumatına görə, Türkiyədən sonra Misir həddindən artıq turist bolluğu yaşayarkən ciddi kadr çatışmazlığı ilə üzləşir.
Məlum olduğu kimi, otellərdə, mehmanxanalarda, restoran və kafelərdə xidmət personalı çatışmazlığı var.
Panhellenik Turizm və İaşə İşçiləri Federasiyasının (POEET) ekspertlərinin fikrincə, otellərdə 50 min, restoran və barlarda isə 30 min işçi çatışmazlığı var.
Xüsusilə təmizlikçi, qulluqçu, ofisiant, barista və administrator kimi sıravi işçilərlə bağlı məsələ kəskinləşir. Eyni zamanda, mövcud vəziyyətin səbəbi məlumdur – digər həvəsləndirici amillər olmadığı halda xidmət işçilərinin maaşlarının aşağı olmasıdır…
Nazlı Almuradova