Turizm

Antalyada yanğın təhlükəsizliyi ilə bağlı 174 otel bağlanıb…


…Deməli, SİA-nın məlumatına görə, Türkiyənin Antalya şəhərində səlahiyyətlilər yanğın təhlükəsizliyi tələblərinə uyğun gəlmədiyi üçün 174 otelin fəaliyyətini dayandırıb. Yoxlamalar yanvar ayında Bolu vilayətindəki kurortda baş vermiş yanğından sonra daha geniş yoxlama çərçivəsində Muratpaşa rayonunda aparılıb.

Turizm obyekti kimi qeydiyyata alınmış 294 obyektdə araşdırma aparılıb.

İlkin olaraq mehmanxanalara mayın 31-dək vaxt verilib ki, bütün pozuntuları aradan qaldırsınlar və yanğınsöndürmə idarəsindən hesabat alsınlar.

Sonradan bu müddət 50 gün uzadılıb. Bununla belə, mayın 31-də nöqsanların könüllü aradan qaldırılması prosesi başa çatıb, iyunun 2-də isə mehmanxanaların rəsmi möhürlənməsinə başlanılıb.

Səlahiyyətlilər, möhürlənmiş otellərin sahibləri yenidən açılmağa çalışsalar, sanksiyalarla üzləşəcəkləri barədə xəbərdarlıq ediliblər.

…Turizm sektorunda kütləvi böhran olmadığı qeyd edilir, lakin turistlərə səyahət etməzdən əvvəl seçdikləri otellərin vəziyyətini əvvəlcədən yoxlamaları tövsiyə olunur.

Eyni zamanda möhürləndiyi iddia edilən 4 min otellə bağlı məlumatın şişirdilmiş olduğu üzə çıxıb.

Hüquqşünasların sözlərinə görə, bu, müəyyən edilmiş müddətdə məcburi turizm obyekti sertifikatını almamış otellərə aiddir.

Belə mehmanxanalar əvvəllər yerli hakimiyyət orqanlarından fəaliyyət göstərmək üçün müvəqqəti icazə olsa da, indi qonaq qəbul edə bilmir.

Qanun pozuntularına görə fəaliyyəti müvəqqəti dayandırılan otellərin ümumi sayı ölkə üzrə 700-ə yaxınlaşır.

Nazlı Almuradova