İqtisadiyyat

Azərbaycanda məhsulların təhlükəsizliyinə dair texniki reqlament hazırlanıb


Azərbaycanda “Mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizəsi üçün nəzərdə tutulmuş məhsulların təhlükəsizliyi haqqında” texniki reqlament hazırlanıb. SİA xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ictimai müzakirə başa çatdıqdan sonra texniki reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.

Bu texniki reqlament həmçinin insanların həyat və ya sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsi, Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan mülki müdafiə, təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizə üçün nəzərdə tutulmuş məhsullara (bundan sonra – məhsullar) tətbiqi və icrası məcburi olan tələbləri müəyyən edir.