Deyirlər, Kölndə yenə bomba tapılıb…şəhər boşaldılır?…
…Partlamamış bombalar aşkar edildikdən sonra 20 min Köln sakini təxliyə edilib.
SİA-nın məlumatına görə, bu barədə şəhər rəhbərliyi məlumat yayıb. Yaxınlıqdakı təhsil və tibb müəssisələri təxliyə edilib. Sursatların məhv edilməsi iyunun 4-nə planlaşdırılır.
Köln şəhərindən bildirilib ki, iyunun 2-də Deutz bölgəsində yerüstü tədqiqat işləri zamanı İkinci Dünya Müharibəsi zamanı ABŞ tərəfindən atılan üç partlamamış bomba aşkar edildikdən sonra səlahiyyətlilər 20 min sakinin təxliyəsi barədə göstəriş verib.
Bombanın zərərsizləşdirilməsi işinin çərşənbə günü aparılması planlaşdırılır, lakin bundan əvvəl ərazidəki bütün otel qonaqları və işçilərinin təhlükəsiz məsafəyə təxliyəsi gözlənilir.
Həmçinin dəmir yolu vağzalının, Köln meriyası, xəstəxana, iki qocalar evi və məktəblərin əməkdaşları təxliyə edilir.
Reyn üzərindən üç körpünün təhlükəsizlik səbəbi ilə bağlanması planlaşdırılır.
Əli Babayev