Dünya

Etnadan gələn hissəciklər həftənin ortalarında Moskvaya çata bilər…


…Artıq SİA-nın dünən də yazdığı kimi, Avropanın ən yüksək aktiv vulkanı olan Siciliyadakı Etna dağının püskürməsi iyunun 2-də başlayıb. O, başlamazdan əvvəl sakinlər vulkanik təkanları hiss ediblər.

…“Meteonovosti” xəbər agentliyinin aparıcı mütəxəssisi Tatyana Pozdnyakova AGN Moskvaya deyib ki, hissəciklər paytaxta çata bilər, lakin bu, vulkan 1,5 min kilometr məsafədə yerləşdiyindən havanın şəffaflığına təsir göstərməyəcək.

O, kül hissəciklərinin həftənin ortalarında əsəcək cənub küləyi əsdiyi zaman Moskvaya çatacağını açıqlayıb.

Bu zaman tozun çoxu yəqin ki, çökəcək.

…Püskürməyə cənub-şərq kraterinin şimal cinahından materialın çökməsi səbəb ola bilər.

Etna dağı artıq 2024-cü ilin iyul ayında püskürərək, tüstü və kül buludu havaya 4,5 kilometr göndərib.

Nazlı Almuradova