Dünya

İsveçrədə dörd ildə ilk dəfə deflyasiya qeydə alınıb


İsveçrədə may ayında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz ucuzlaşıb. SİA xəbər verir ki, İsveçrənin Federal Statistika İdarəsinin məlumatına görə, bu 2021-ci ilin martından bəri qeydə alınan ilk deflyasiyadır.

Ötən ay ölkədə nəqliyyat xidmətlərinin qiymətləri 3,7 faiz, məişət malları və xidmətlərinin qiymətləri 2,6 faiz, ərzaq və alkoqolsuz içkilərin qiymətləri 0,3 faiz ucuzlaşıb. Eyni zamanda, alkoqolu içkilərin və tütün məmulatlarının qiymətləri 1,6 faiz, restoran və mehmanxana xidmətləri 1,3 faiz, kommunal xidmətlər və enerji qiymətləri isə 1,1 faiz bahalaşıb.

Qida və enerji xərclərini nəzərə almayan əsas inflyasiya göstəriciləri apreldə 0,6 faizdən may ayında 0,5 faizə enib.

Xatırladaq ki, “Trading Economics” platformasının təqdim etdiyi ekspert konsensus proqnozu da aprel ayındakı sıfır dəyişikdən sonra may ayında istehlak qiymətlərinin 0.1 faiz ucuzlaşacağını nəzərdə tuturdu.