Dünya

Monqolustanın Baş naziri istefa verib


Monqolustanın Baş naziri Oyun-Erdene Luvsannamsrayn parlamentdəki etimad səsverməsində deputatlardan kifayət qədər dəstək ala bilmədiyi üçün istefa verib. SİA “The Guardian” nəşrinə istinadla xəbər verir ki, Baş naziri deputatların yalnız 44 nəfəri dəstəkləyib. Halbuki bunun üçün minimum 64 səs tələb olunurdu.

Səsvermə Baş nazirin oğlunun həddən artıq pul xərcləməsi ilə bağlı xəbərlərin ortaya çıxmasından sonra başlayan etiraz aksiyaları fonunda baş tutub.