İqtisadiyyat

Neftçala Sənaye Məhəlləsində istehsal 6 dəfədən çox artıb


Neftçala Sənaye Məhəlləsində hazırda investisiya portfeli 63 milyon manatdan çox olan 6 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bunlardan 5-i fəaliyyət göstərir. SİA xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib ki, sahibkarlar tərəfindən bu günədək görülən işlərə 50 milyon manata yaxın investisiya yatırılıb, 317 nəfərlik daimi iş yeri yaradılıb.

İndiyədək Neftçala Sənaye Məhəlləsinin rezidentləri tərəfindən 228 milyon manatlıq məhsul satışı həyata keçirilib, bunun da 1,4 milyon manatlıq hissəsi ixracın payına düşür.

2025-ci ilin I rübü ərzində Sənaye Məhəlləsində 17,2 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,3 dəfədən çoxdur.