Sosial

Sabah hava necə olacaq ?


“İyunun 4-ü və 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, gündüz saatlarında isə əsasən yağmursuz keçəcəyi gözlənilir”. Bu barədə SİA-ya Hidrometeoroloji proqnozlar bürosunun şöbə rəisi Gülşad Məmmədova açıqlamasında bildirib.

Onun sözlərinə görə, gecə və səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var: “Gündüz saatlarında əsəcək şimal-qərb küləyi 4-ü axşama doğru tədricən zəifləyəcək, 5-də isə mülayim şimal-qərb küləyi müşahidə olunacaq. Havanın maksimal temperaturu 23–28 dərəcə isti olacaq.

Bölgələrdə də bəzi yerlərdə yağıntılı hava şəraiti davam edəcək, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. 4-ü axşam saatlarında yağıntılar tədricən kəsiləcək. 5-də gündüz əksər rayonlarda yağmursuz hava müşahidə olunacaq.

Havanın maksimal temperaturu: Aran rayonlarında: 23–28 dərəcə isti, dağlıq ərazilərdə: 10–15 dərəcə isti olacaq.

Müəllif: Günel Rəşadqızı