Əmək yarmarkasında Xocalı üzrə vakansiyalar təqdim olunub…
Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərdə aktiv məşğulluq tədbirlərini davam etdirir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xankəndidə keçirilən növbəti əmək yarmarkasında Xocalı rayonu üzrə mühasib, traktorçu, baytar, təmirçi-çilingər, mexanik və digər iş yerlərinə dair vakansiyalar təqdim olunub.
Yarmarkada iştirak edən sakinlərə vakansiyalar və iş öhdəlikləri barədə məlumat verilib. Həmçinin vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.