ABŞ və Azərbaycan enerji sənayesində əməkdaşlıq imkanlarını müzakirə edib
ABŞ və Azərbaycan enerji sənayesinin gələcəyi istiqamətində birgə əməkdaşlıq imkanlarını müzakirə edib. Bu barədə SİA ABŞ səfirliyinin sosial şəbəkə hesabına istinadən xəbər verir.
Məlumata görə, bu barədə müzakirələr ABŞ Dövlət Departamentinin Baş müşaviri Vayet Toulkinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri ilə görüşündə aparılıb.
Bildirilib ki, enerji sahəsində iki ölkə arasında mövcud olan güclü tərəfdaşlıq üzərində qurulan əməkdaşlığın davam etdirilməsi həm Cənubi Qafqazda, həm də ABŞ-də iqtisadi inkişaf və rifahın təmin olunmasına xidmət edəcək.