Azərbaycan və Braziliya iqlim dəyişikliyi ilə mübarizə üçün 1,3 trilyon dollarlıq proqram hazırlayır
Azərbaycan ilə Braziliya iqlim dəyişikliyi ilə mübarizə istiqamətində dəyəri 1,3 trilyon ABŞ dolları olan proqram hazırlayır. SİA xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Мuxtar Babayev 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, hazırda iqlim dəyişikliyi ilə mübarizədə yeni çətinliklər ortaya çıxıb: “Belə ki, iqlim dəyişikliyi ilə mübarizədə müəyyən ölkələr fərqli siyasət yürütməyə başlayıblar. Xüsusilə söhbət ABŞ-dən gedir. Onun iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı müzakirələrdən geri çəkilməsi bu prosesə mənfi təsir göstərir. Amma digər donor ölkələr Bakıda vəd etdikləri üzrə hazırlıq işlərinə başlayıblar”.
M.Babayev qeyd edib ki, COP-29-da tarixi nəticə əldə olunub: “300 milyard dollarlıq vəsaitin toplanması razılaşdırıldı. Bu, böyük uğur idi. Elə ölkələr var idi ki, trilyonlarla dollar vəsait gözləyirdilər”.