Sosial

Naxçıvanda sənət adamları ilə görüş keçirilib


İyunun 4-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli muxtar respublikada fəaliyyət göstərən sənət adamları ilə görüşüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Fuad Nəcəfli memar Əcəminin yurdu olan qədim Naxçıvanda tarixboyu görkəmli incəsənət nümayəndələrinin yaşayıb fəaliyyət göstərdiyini bildirib.

Səlahiyyətli nümayəndə qeyd edib ki, Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Naxçıvan sənətkarlıq məktəbinin izlərinə dünyanın bir çox yerlərində rast gəlinir. Qədim ənənələrə əsaslanan və yüksək estetik dəyərlərə malik zəngin sənət nümunələri ilə seçilən bu nadir irs yaşadılmalı və dünya miqyasında tanıdılmalıdır.

Səlahiyyətli nümayəndə görüş iştirakçılarının hər biri ilə fərdi söhbət aparıb, problemləri ilə maraqlanıb, təkliflərini dinləyib.