İqtisadiyyat

“Karyera sərgisi keyfiyyətli insan kapitalı formalaşdırmağa töhfə verir”


Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilmiş karyera sərgisi milli iqtisadiyyatın inkişafı üçün keyfiyyətli insan kapitalının formalaşmasına töhfə verir. SİA xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, karyera sərgisi gənclərin iqtisadiyyatın real sektorları ilə tanışlığı, işəgötürənlərlə birbaşa ünsiyyəti və gələcək karyera istiqamətləri ilə bağlı doğru qərarlar verməsi baxımından xüsusi əhəmiyyət kəsb edir: “Bu kimi tədbirlər, tələbələrin əmək bazarının tələblərini daha dərindən öyrənmələri, öz bilik və bacarıqlarını potensial işəgötürənlərə təqdim etmələrinə, eləcə də peşəkar inkişaf perspektivlərini müəyyənləşdirmələrinə geniş imkanlar yaradır”.

Onun sözlərinə görə, bu cür tədbirlər universitetlərlə əmək bazarı subyektləri arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, təhsil proqramlarının real tələblərə uyğunlaşdırılmasına və gənc kadrların məşğulluq imkanlarının artırılmasına xidmət edir.