Dünya

Yeni doğulmuş qız uşağı maşından küçəyə atılıb…


Leninqrad vilayətində naməlum şəxslər çantaya bükülmüş yeni doğulmuş qızı avtomobildən atıblar.

SİA xəbər verir ki, bu barədə “Mash on Moike” Telegram kanalı məlumat yayıb.

Hadisə Vsevolojsk rayonunun Dubrovka şəhərinin Şkolnaya küçəsində baş verib. Əvvəlcə yeni doğulmuş körpə avtomobildən atılıb, daha sonra yerli sakinlər uşağı avtomobillərinin yanında aşkar edərək məlumatı 112 xidmətinə ötürüblər, bundan sonra həkimlər hadisə yerinə gəliblər.

Körpənin vəziyyəti orta-ağır olaraq tibb müəssisəsinə aparılıb.

Həkimlər qızın başında hematoma diaqnozu qoyublar. Onun təxminən iki saat əvvəl doğulduğu güman edilir. Yenidoğulmuşu tapanda onun üzərində qan olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırmalara başlayıb.

…Bundan əvvəl qadın qatarda uşaq dünyaya gətirib və onu pəncərədən atıb. Körpə sonradan tapılsa da, xilas edilməyib.

Əli Babayev