Sosial

Altıağac Milli Parkına haykinq turu təşkil olunacaq


Sabah Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Alpinizm Federasiyası Altıağac Milli Parkına haykinq (piyada yürüş) turu təşkil edəcək. SİA xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Bildirilib ki, turun keçirilməsində məqsəd ekoturizm fəaliyyətinin təşviqi və dayanıqlı turizmin inkişafına töhfə verməkdir.

Tədbirlə bağlı ətraflı məlumat almaq və yürüşdə iştirak etmək istəyənlər Federasiya ilə əlaqə saxlaya bilərlər.