Dünya

“Mazda” 171 mindən çox avtomobili geri çağırır


Yaponiyanın “Mazda” şirkəti 171 mindən çox avtomobili geri çağırır. SİA xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi məlumat yayıb. Məlumata görə, buna səbəb mümkün təhlükəsizlik yastığı problemləridir. Buraya 2024-2025-ci il avtomobil modelləri, o cümlədən qabaqcıl hava yastığı sensoru modullarına mail olan bəzi CX-30 və Mazda 3 modelləri daxildir. Bildirilir ki, bu modellərdə qəza zamanı təhlükəsizlik yastıqları açılmaya bilər. Dilerlər modulları pulsuz yenidən proqramlaşdıracaq və ya onları əvəz edəcəklər.