Nəsimi rayonunda polis 3 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. SİA xəbər verir ki, DİN-dən bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində həyata keçirilən tədbirlər zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı B.Cəfərov şübhəli şəxs qismində saxlanılıb. Ondan ümumi çəkisi 3 kiloqramdan artıq olan heroin və marixuana aşkarlanıb.
Araşdırma aparılır.