Dünya

Səhvən deportasiya edilmiş salvadorlu Kilmar Abreqo Qarsia ABŞ-a qaytarılıb


ABŞ-dan səhvən deportasiya edilmiş salvadorlu Kilmar Abreqo Qarsia ABŞ-a geri qaytarılıb. SİA-nın məlumatına görə, ona ölkədə sənədsiz miqrantları ABŞ daxilində daşıdığı iddiası ilə cinayət işi açılacaq.

O martın 15-də səhvən Merilənd ştatından ölkəsinə deportasiya edilib. ABŞ hökuməti bunu administrativ səhv adlandırıb.