Dünya

Tərəflər arasında hərbi əsirlərin və ölülərin mübadiləsi təxirə salınıb


…Rusiya və Ukrayna arasında hərbi əsirlərin və ölənlərin mübadiləsi gələn həftəyə qədər təxirə salınıb.

SİA-nın məlumatına görə, Ateo Breaking Telegram kanalı xəbər verir ki, bu barədə BBC Ukrayna Əsirləri üzrə Koordinasiya Qərargahının rəhbəri Petro Yatsenkoya istinadən bildirib.

Mübadilə şənbə günü, iyunun 7-də baş tutmalı idi.

Daha əvvəl Kiyev bəyan etmişdi ki, mübadilə tarixi guya razılaşdırılmayıb və Moskva onların fikrincə, razılaşdırılmış yanaşmaya uyğun gəlməyən siyahılar təqdim edib.

Rusiya da öz növbəsində İstanbulda təklif olunan şərtlərə uyğun olaraq mübadilələrə başlamağa hazır olduğunu açıqlayıb.

Əli Babayev