Dünya

Ukraynada iki nəfər dəniz minasına düşərək həlak olub


Ukraynanın Odessa vilayətindəki Zatoka kurortunda iki nəfər dəniz minasına düşərək həlak olub. SİA xəbər verir ki, bu barədə Ukraynanın KİV-ləri Odessa vilayəti polisinin bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, partlayış iki nəfər dənizdə çimən zaman baş verib. Onların şəxsiyyətləri hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilir.

Polis hadisə ilə bağlı araşdırma aparır.