Maskın atası oğlunun Trampla döyüşməsinə haqq qazandırır
Milyarder İlon Maskın atası Errol Mask bildirib ki, Ağ Evdə işləmək oğlunu 5 ay ərzində ağır stres altında qoyub.
SİA xəbər verir ki, bu barədə o, “İzvestiya”ya məlumat verib. Ata Mask oğlunun ABŞ prezidenti Donald Trampla münaqişəyə girərək səhv etdiyini deyib.
Lakin ölkə rəhbəri ilə iş adamı arasındakı gərginliyi prezident yarışı zamanı və ondan sonrakı ümumi stresslə izah etmək olar.
…Onlar beş aydır ki, ağır stres altındadırlar. Qoy nəfəs alsınlar. Onlar bütün müxalifətdən qurtulmalı, ölkəni öz yoluna qaytarmağa çalışmalı, hər zamanki kimi bizneslə məşğul olmalı idilər və s. və onlar çox yorğun və streslidirlər…
Bunu detyən milyarderin atası əlavə edib ki, Tramp prezident olduğu üçün münaqişədə qalib gələcək.
Onun sözlərinə görə, kiçik Mask öz prinsiplərinə sadiq qalmaq istəyir və demokratların səmərəsiz ideyalarını dəstəkləmir, Tramp isə səs toplamaq üçün hər şeyi edir.
…Deməli, Tramp və Mask arasında münaqişə iyunun əvvəlində baş verib. Tesla qurucusu prezidentin federal xərcləri azaltmaq üçün qanun layihəsini tənqid edir. Bir neçə gün sonra Tramp Muskdan məyus olduğunu deyərək onu tənqid atəşinə tutub.
Əli Babayev