Dünya

Rusiyanın ən zəngin neft şirkəti gəlirsiz qalıb..?





Üç minə yaxın işçi ixtisar edildi..?



…Rusiyanın hasilat həcminə görə dördüncü ən böyük neft şirkəti və kassadakı nağd pul baxımından birinci olan “Surqutnefteqaz”, cümə günü dərc olunan maliyyə hesabatlarına görə, 2025-ci ilin birinci rübünü qırmızı ilə başa vurub.

SİA-nın məlumatına görə, bunu “The Moscow Times” qeyd edir.

Yanvar-mart aylarında “Surqutnefteqaz” ötən ilin eyni dövründəki 268,5 milyard rubl mənfəətlə müqayisədə 439,7 milyard rubl xalis zərər alıb.

BCS (…investisiya şirkəti-A.B.) analitikləri yazır ki, şirkətin itkilərinin əsas səbəbi rublun güclü olması olub.

Dolların məzənnəsi üç ayda 100 rubldan 80 rubla düşüb və bu, “Surqutnefteqaz”a hesablardakı valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsindən 700 milyard rubla yaxın itki gətirib.

BCS hesablamalarına görə, rübün sonunda “Surqutnefteqaz”-ın “nağd yastığı” 67,8 milyard dollar təşkil edib ki, bu da Qətər (64 milyard dollar), Cənubi Afrika (67 milyard dollar) və Peru (73 milyard dollar) kimi ölkələrin qızıl-valyuta ehtiyatları ilə müqayisə oluna bilər.

…Ötən ilin nəticələrinə əsasən, “Surqutnefteqaz” mənfəətinin 30 faiz azaldığını (923,3 milyard rubla qədər) bildirdi, həmçinin geniş miqyaslı işçilərin ixtisarı həyata keçirdi. Şirkətin işçilərinin sayı bir neçə ildir sabit qalmasına baxmayaraq, 2,9 min nəfər azalaraq 108,3 min nəfərə düşüb: 2021-ci ildə 111 min, 2022-ci ildə 111,4 min, 2023-cü ildə 111,2 min…

Rusiyada neftin hər onuncu barrelini istehsal edən “Surqutnefteqaz” Rusiyanın enerji sektorunda ən müəmmalı şirkət olaraq qalır.

Əsl benefisiarlarını gizlətməklə, o, naməlum sahiblərin maraqları naminə nəhəng “donuz bankı” kimi çalışaraq, alışlara investisiya qoymur və onilliklər ərzində hesablarında valyuta toplayır.

Ötən ilin ortalarında “Surqutnefteqaz” maliyyə göstəricilərinin əksəriyyətini təsnif etdi. Xüsusilə, şirkət artıq gəlirləri, satışın dəyərini, kommersiya və inzibati xərcləri, eləcə də “törəmə şirkətlərdən” gəlirləri açıqlamır.

2025-ci ilin birinci rübü üçün Rusiya mühasibat uçotu standartlarının hesabatında şirkət əsas göstəricilər kimi yalnız vergitutmadan əvvəl davam edən əməliyyatlardan xalis zərəri təqdim edib. 2025-ci ilin yanvarında ABŞ “Surqutnefteqaz”-a qarşı sanksiyalar tətbiq edib, martda isə Avropa İttifaqı da eyni addımı atlb.

Əli Babayev