Təbii ki, Rusiya yeni reallıqlarla barışmalı olacaq?..
…Artıq SİA-nın dünən də yazdığı kimi, Londonda Böyük Britaniya və Qazaxıstanın Müdafiə nazirlikləri arasında 2025-2026-cı illər üçün hərbi əməkdaşlıq planı imzalanıb. Qazaxıstan Müdafiə Nazirliyinin saytında bildirilir ki, “əsas istiqamətlər sülhməramlılıq, dil hazırlığı və qazaxıstanlı hərbçilərin Böyük Britaniyadakı ali hərbi təhsil müəssisələrində təhsilidir”.
…Və indi sual oluna bilər.!?
Hər hansı bir NATO ölkəsinin Rusiya ilə oxşar bir şeyə girdiyini təsəvvür edə bilərsinizmi?
Amma KTMT üzvü Qazaxıstan belə bir müqavilə bağlayır. KTMT-nin amorf, özəyi olmayan və vahid məqsədlə birləşməyən təşkilat olduğunun daha bir sübutu..?
Təbii ki, NATO-dan fərqli olaraq.
Lakin KTMT Putin, Lavrov, Şoyqu və başqalarının təşkil etdiyi 24 fevralı dəstəkləmir – “vahid cəbhə” yoxdur.
…Əslində Qazaxıstan tək deyil.
Belə ki, ermənilər də “daha aqressiv çoxvektorlu təhlükəsizlik siyasəti” yürütməyə can atırlar?..
Nə demək olar?
Qeyd edək ki, Rusiya Federasiyası ilə Qazaxıstan arasında sərhədin toxunulmazlığına şübhə etməyə əsas verən hadisələrin səsləndirilməsi təbii ki, cavabsız qalmamalıdır?
Onu da qeyd edək ki, bu son zamanlar ruslar tərəfindən daha aqrssiv səsləndirilirdi…
…Məhz buna görə də yeni reallıq yəqin ki, Rusiyanı daha başqa hadisələrlə üzləşdirəcək: müttəfiqlər hərbi əlaqələri kəsmədən, diqqət əlamətləri göstərmədən (paradlarda iştirak etmək kimi) bu dünyada başqa dayaq nöqtələri tapmağa çalışırlar və çalışacaqlar.
Və bununla bağlı heç nə etmək olmaz. Və cəhd etməyə ehtiyac yoxdur..?
Əli Babayev