Müdafiə Nazirliyinin keçmiş məmurunun əmlakı müsadirə edilib…
İstintaq Rusiya Müdafiə Nazirliyinin Əmlakın İdarə Edilməsi Departamentinin keçmiş rəisi Oleq Vaseninə məxsus 31 milyon rubldan çox məbləğdə əmlaka həbs qoyub.
SİA-nın məlumatına görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin mətbuat xidməti öz Telegram kanalında yayıb.
…Cərimə, mülki iddia və əmlakın toplanması ilə bağlı hökmü təmin etmək üçün hərbi müstəntiqlər Vaseninin 31 milyon rubldan çox əmlakını müsadirə ediblər, – məlumatda deyilir.
İstintaqın məlumatına görə, 2022-ci ildə Rusiya Müdafiə Nazirliyinin Xüsusi Layihələr Əmlakının İdarə Edilməsi Departamenti ikinci dərəcəli xammalın qəbulu üçün “Translom” MMC ilə çoxmilyonluq müqavilə imzalayıb. Müqavilənin icrasına nəzarət Vaseninə həvalə edilib.
O, ikinci dərəcəli xammalın dəyəri ilə bağlı saxta sənədlər təqdim edib və bunun hesabına 240 milyon büdcə rublunu oğurlaya bilib.
O, bu ilin aprelində həbs edilib.
Əli Babayev