Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb…
…Aprel ayında Rusiya Türkiyədən balıq idxalını ötən ilin aprel ayı ilə müqayisədə iki dəfə artırıb. Bu ilin aprel ayında Türkiyədən Rusiyaya əsasən balıqdan ibarət dəniz məhsulları ixracının ümumi həcmi 25,3 milyon dollara çatıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,2 dəfə çoxdur. Bununla belə, əvvəlki ayla müqayisədə tədarüklər 25 faiz azalıb.
SİA xəbər verir ki, bu barədə RİA Novosti Türkiyə statistika xidmətinin məlumatlarına istinadən yazıb.
Rusiyada ən böyük tələbat Ankaradan 16,2 milyon dollara alınan təzə və ya soyudulmuş balıq olub.
Bu həcmin əsas payını alabalıq (13,7 milyon dollar), həmçinin levrek (1,3 milyon dollar) və çapaq (1,2 milyon dollar) təşkil edib.
Bundan əlavə, 8,7 milyon dollar dəyərində dondurulmuş balıq, həmçinin 302 min dollar dəyərində balıq filesi, ət və qiymə tədarük edilib.
Nəticədə aprel ayında Rusiya Türkiyə dəniz məhsullarının aparıcı idxalçısı olub.
İlk beş alıcıya həmçinin 21,6 milyon dollarla İtaliya, 16,7 milyon dollarla Hollandiya, 15,9 milyon dollarla Yunanıstan və 15,7 milyon dollarla Böyük Britaniya daxildir.
Nazlı Almuradova