Rusiya Bankı dollar və avronun məzənnəsini aşağı salıb
Rusiyada iyunun 10-da dollar, avro və yuanın məzənnəsi aşağı salınıb.
SİA xəbər verir ki, bu barədə Rusiya Bankı məlumat yayıb. Dolların məzənnəsi 79,1543 rubl, avro 90,3666 rubl, yuan isə 10,9784 rubl səviyyəsində müəyyən olunub.
Cümə günü, iyunun 6-da bu valyutaların dəyəri 1 dollar üçün 79,1272 rubl, 1 avro üçün 90,6635, yuan üçün isə 11,0208 olub.
Bundan əvvəl Moskva birjasında dolların rubla məzənnəsi üzrə fyuçerslərin 11:29-da qəfil ucuzlaşdığı bildirilirdi. Məsələn, iyun fyuçers müqaviləsi 7,86 faiz azalaraq 73,4 rubl olub.
Analitik Aleksandr Potavinin fikrincə, ötən həftənin sonunda baş verən əsas məzənnənin 21 faizdən 20 faizə endirilməsi rublun dollara nisbətinə ciddi təsir göstərməyəcək.
Ekspert yaxın gələcəkdə rublun davamlı zəifləməsini mümkünsüz adlandırıb. Öz növbəsində CNBC telekanalı rus rublunu dünyanın ən effektiv valyutası adlandırıb.
Əli Babayev