Aktauda Xəzər dənizi akvatoriyasında ən iri konteyner habı fəaliyyətə başlayıb
Xəzər dənizi akvatoriyasında ən iri konteyner habı Aktau limanında istifadəyə verilib. SİA “Qazaxıstan Temir Jolu” Milli Şirkəti ASC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, konteyner habı planlaşdırılandan əvvəl istismara verilib.
Yeni hab tranzit imkanlarını genişləndirəcək və Qazaxıstanın Şərq-Qərb, həmçinin Şimal-Cənub və digər beynəlxalq marşrutlarda mühüm nəqliyyat qovşağı kimi mövqeyini daha da möhkəmləndirəcək.
Qazaxıstanda analoqu olmayan müasir logistika infrastrukturu və qabaqcıl texnologiyalar konteyner yüklərinin emalını əhəmiyyətli dərəcədə sürətləndirəcək.
Qovşağın fəaliyyətə başlaması Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Çin istiqamətindən gələn 100 mininci konteynerin çatdırılması ilə simvollaşdırılıb.