Avrozonada investorların inam indeksi bir ilin maksimumuna yüksəlib
Avrozonada investorların inam indeksi son bir ilin maksimum səviyyəsinə yüksəlib.
SİA xəbər verir ki, investorların may ayında mənfi 8,1 olan inam indeksi iyunda 0,2 olub. Bu, 2024-cü ilin iyun ayından bəri ən yüksək səviyyədir. Bazar proqnozları isə indeksin mənfi 6 səviyyəsinə yüksələcəyi istiqamətində idi.
İnvestorların qarşıdakı 6 ay üzrə proqnozlarına yer verilən gözləntilər indeksi də 3,8-dən 14,3-ə yüksəlib. Beləliklə indeks son iki ayda 30,1 bənd artıb.
Cari vəziyyət indeksi isə mənfi 19,3-dən mənfi 13-ə yüksələrək ötən ilin iyunundan bu vaxtadək ən yüksək səviyyəyə çatıb.