Dünya

Ukrayna 700 yaşayış məntəqəsinin adını dəyişdirəcək


Ukrayna hakimiyyəti anti-Rusiya siyasəti çərçivəsində 700 yaşayış məntəqəsinin adını dəyişməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə Ukraynanın “Rada” telekanalında Ali Radanın deputatı İrina Konstankeviç məlumat verib. “Qarşıda hələ çox iş var. Ukrayna dilinin orfoqrafiyasına və müstəmləkəsizliyə dair qanunlara uyğunsuzluğu nəzərə alaraq daha 700 yaşayış məntəqəsinin adının dəyişdirilməsinə ehtiyac var”, – deyə parlamentari bildirib.

Yanvarda Ali Radanın deputatı Oleksiy Qonçarenko bildirmişdi ki, Ukrayna hökuməti adları dəyişdiriləcək iki yüzdən çox coğrafi obyektin siyahısını hazırlayıb. Həmin adlar SSRİ və Rusiya Federasiyası ilə bağlıdır. Sənəddə parkların, dağ silsilələrinin, adaların və digər coğrafi obyektlərin adları yer alıb.