Siyasət

Azərbaycanlı Xanlar Paşabəyov Dağıstanın Dərbənd şəhərinin meri seçilib


Dağıstanın keçmiş ədliyyə naziri, azərbaycanlı Xanlar Paşabəyov yekdilliklə Dərbənd şəhərinin meri seçilib. SİA şəhər icra hakimiyyətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, şəhər şurasının deputatları səsvermənin yekunlarına görə Xanlar Paşabəyovun namizədliyini dəstəkləyiblər, burada Rasim Qaziəhmədov və Rəsul Hacımusayevin namizədliyinə də baxılıb.

Mer seçilməzdən əvvəl X.Paşabəyov 2022-ci ildən Dağıstan Respublikasının ədliyyə naziri vəzifəsini tutub, əvvəllər isə respublika Xalq Məclisinin deputatı olub və regionun Dövlət Əmlakının İdarə Edilməsi Nazirliyinə rəhbərlik edib.

Aprelin 30-da o, Əhməd Quliyevin istefasından sonra şəhər başçısının səlahiyyətlərini icra edən şəxs kimi meriya kollektivinə təqdim olunub.