Dünya

Hindistanın əhalisi 1,5 milyarda yaxınlaşır


Hindistan əhalisinin sayı 1,5 milyard nəfərə yaxınlaşıb. SİA xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) hesabatına deyilir.

Qeyd edilib ki, yaxın gələcəkdə daha 200 milyon artacaq. Xatırladaq ki, Hindistan hazırda dünyanın ən çox əhalisi olan ölkəsidir. Hindistanda orta hesabla bir qadın iki uşaq dünyaya gətirir.