Dünya

Putin Baltikyanı ölkələrə hücuma hazırlaşır..?






“Balaca yaşıl adamlar” Estoniyaya göndərilə bilər…



…Kremlin 2014-cü ildə Krımı ilhaq etmək əməliyyatına bənzər Moskva Baltikyanı ölkələrdə “rusdilli əhalinin müdafiəsi” adı altında təxribat törədə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri vəzifəsini tərk etməyə hazırlaşan Bruno Kal deyib.

Onun sözlərinə görə, tanklarla və bombardmanlarla genişmiqyaslı işğaldan söhbət gedə bilməz – Rusiya yalnız rusdilli azlığı qorumaq üçün Estoniyaya “kiçik yaşıl adamlar” göndərməlidir.

Bunu deyən Bruno Kalın fikrincə, bu yolla prezident Vladimir Putin NATO-nun müttəfiqlərini qorumaq əzmini sınamağa çalışacaq.

…Kal bildirib ki, Ukrayna Moskva üçün alyansla toqquşma yolunda aralıq mərhələdir.

…Biz tamamilə əminik və kəşfiyyat sübutlarımız var ki, Ukrayna Rusiyanın Qərbə gedən yolunda sadəcə bir addımdır, -o qeyd edib.

Federal Kəşfiyyat Xidmətinin rəhbəri hesab edir ki, Rusiya elitasının bir hissəsi alyansın üzvlərindən birinə hücum olacağı təqdirdə sərt cavab verəcəyinə inanmır.

…Onlar artıq NATO-nun Beşinci Maddəsinin işlədiyinə inanmırlar. Və bunu sınaqdan keçirmək istəyirlər. Onlar NATO-nu 1990-cı illərin sonunda olduğu vəziyyətə qaytarmaq istəyirlər. Amerikanı Avropadan qovmaq istəyirlər və buna nail olmaq üçün lazım olan hər vasitədən istifadə edəcəklər.

Bunu da Kal vurğulayıb və eyni zamanda, o hesab edir ki, indi Moskva ilə danışıqlar aparmaq mənasızdır, çünki Putin “bu problemin həllinə aqressiv yanaşma” mövqeyini dəyişməyib. 2014-cü ildə Krımın ələ keçirilməsi zamanı əlamətsiz rus qoşunları yarımadanın əsas obyektlərinə nəzarəti ələ keçirdilər və “kiçik yaşıl adamlar” və ya “nəzakətli insanlar” kimi tanındılar…

Əli Babayev