“QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi layihəni uğurla həyata keçirir
“QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələri və müharibə iştirakçılarına dəstək” adlı layihənin icrasını uğurla həyata keçirir.
Bildiyimiz kimi, ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilib. Bu da şəhid ailələri üçün çox böyük bir əhəmiyyət kəsb edir. Çünki, ərazi bütövlüyümüz, suverenliyimiz rəşadətli Ordumuzun döyüşçülərinin və xüsusi qəhrəmanlıq və şücaət göstərərən şəhidlərimizin qanı bahasına əldə olunub. Şəhid ailələrinin hüquqlarının qorunması və onların cəmiyyətdə layiqli yerini tapılması istiqamətində birliyimiz vətəndaş cəmiyyəti olaraq şəhid, qaçqın və köçkün ailələrinə və müharibə iştirakçılarına dəstək olmaq məqsədilə işlərini bu istiqamətdə qurub.
Layihə rəhbəri işçi heyətilə bərabaər Laçın və Bərdə rayonlarına ezam olunublar. Əvvəlcəlayihə rəhbəri işçi heyəti ilə bərabər, Bərdə rayonunda yerləşən qaçqın və məcburi köçkün şəhərciklərində yerləşən şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirərək,onlardan müsahibələr götürüb. Müsahibə zamanı hələ də qaçınlıq həyatı yaşamağa davam edən şəhid ailələləri öz doğma yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini söyləyiblər.
Sonra Laçın rayonuna ezam olunan əməkdaşlarımız öz doğma yurdlarına qayıtmış şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirərək onların yaşayışları ilə daha yaxından tanış olaraq, müsahibələr götürüblər. Laçın rayonuna qayıtmış sakinlər isə,öz doğma yurdlarına qayıtdıqlarına çox sevinir və yaşayışlarından məmnunluq hissi ilə danışıblar.
Çəkilən kadrlardan ”Şəhid ailələri və müharibə iştirakçılarına dəstək” adlı videoçarx hazırlanacaq. Videoçarxda eyni zamanda, laçın rayonunda aparılan quruculuq-bərpa işləri,oranın füsünkar gözəllikləri, qədimliyi ilə bərabər,ermənilər tərəfindən məhv edilmiş, mədəni taixi abidələri haqqında da məlumatlar veriləcək.