İqtisadiyyat

ABŞ bu tarixdə defolt təhlükəsi ilə üz-üzə qalacaq


ABŞ maliyyə naziri Skot Bessent ölkənin dövlət borcuna görə defoltla qarşılaşa biləcəyi barədə xəbərdarlıq edib. SİA xəbər verir ki, o, bu barədə Nümayəndələr Palatasının Gəlir və Xərclər Komitəsinin dinləmələrində danışıb. Nazir qeyd edib ki, hazırda ABŞ-ın 36,9 trilyon dollardan çox dövlət borcu mövcuddur və bu borcun ödənilməsi üçün mövcud vəsait yayın ortalarında və ya sonlarında tükənə bilər. Bessent borc tavanının qaldırılmasının zəruriliyini vurğulayıb. Nazir daha əvvəl də xəbərdarlıq etmişdi ki, əgər Konqres borc limitini artırmasa, ölkə avqusta qədər defoltla üzləşə bilər. Bu səbəbdən iyulun ortalarına qədər müvafiq qərarın qəbul edilməsi vacib sayılır.