Boeing Hindistanda Dreamliner qəzasına münasibət bildirib…
…Boeing Hindistanda 787 Dreamliner təyyarəsinin qəzaya uğraması ilə bağlı Air India ilə əlaqə saxladığını bildirib. SİA-nın məlumatına görə, bəyanat şirkətin rəsmi saytında dərc olunub.
…Biz 171 nömrəli uçuşla bağlı Air India ilə əlaqə saxlayırıq və onlara dəstək verməyə hazırıq.
Boeing-dən bildirilib.
Hindistan mətbuatının məlumatına görə, qəzaya uğrayan Boeing 787 Dreamliner təyyarəsi 11 ildən artıqdır ki, Air India-da xidmət göstərirdi.
Təyyarə 2014-cü ilin yanvarında aviaşirkətə təhvil verilib. Xüsusi mənbələrə görə, Dreamliner qəzası ölümlə nəticələnən bu tip təyyarələrin iştirakı ilə baş verən ilk insidentdir.
Bu səhər Əhmədabad hava limanından havaya qalxan Air India Boeing 787 Dreamliner təyyarəsi qəzaya uğrayıb. Flightradar24 monitorinq resursunun məlumatına görə, təyyarənin siqnalı havaya qalxdıqdan bir dəqiqə sonra itib. Təyyarənin göyərtəsində iki pilot və on stüardessa da daxil olmaqla ümumilikdə 242 nəfər olub.
Əli Babayev