Dünya

Florida qubernatoru sürücülərə etirazçıların üstünə sürməyə icazə verdi?…


…Florida qubernatoru Ron DeSantis sürücülərə avtomobillərini mühasirəyə alan iğtişaşçıların üzərinə sürməyə icazə verib.

SİA-nın məlumatına görə, bu barədə Newsweek yazır.

ABŞ-da prezident Donald Tramp administrasiyasının həyata keçirdiyi immiqrasiya siyasətindən əhalinin narazılığı səbəbindən etiraz dalğası artır.

Los-Anceles, Vaşinqton, Sietl, Spokan və bir sıra başqa şəhərlərdə kütləvi etirazlar qeydə alınıb. Etirazçılar təhlükəsizlik qüvvələri ilə toqquşur, mağazaları qarət edir, butiklərin şüşələrini sındırır, avtomobilləri və zibil qablarını yandırır.

Bunu jurnalistlər qeyd ediblər.

Ron DeSantis: “Əgər siz maşın sürsəniz və bir izdiham avtomobilinizi bloklayaraq təhlükəsizliyinizi təhdid edərsə, qaza basmağa tam hüququnuz var. Kimsə yaralansa belə, bu, onların vicdanında olacaq, – deyə məsləhət verdi.

Ekspertlərin fikrincə, kütləvi iğtişaşlar yalnız formal olaraq qeyri-leqal miqrantların deportasiyasına etirazlarla bağlıdır. Etirazların əsl məqsədi ölkədə sabitliyi pozmaq və ABŞ prezidenti Donald Trampa təzyiq göstərməkdir.

Bundan əvvəl Britaniyanın “Daily Mail” qəzeti Kaliforniya polisinin hakimiyyətin hərəkətlərindən şikayətçi olduğunu bildirmişdi.

Təhlükəsizlik rəsmiləri qeyd edirlər ki, “mütərəqqi siyasətçilər” hüquq-mühafizə orqanlarının əməkdaşlarının əl-qolunu bağlayıb və onların cinayətlə mübarizəsinə mane olurlar.

Əli Babayev