Sosial

MEK əməkdaşları Gəncədə keçirilən beynəlxalq elmi konfransda çıxış ediblər


Plenar iclasda Ş.Quliyeva MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov ilə həmmüəlif olduğu “AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fondlarında qorunan Nizami Gəncəvi irsinin dünya dillərindəki bəzi nümunələri” adlı məruzə ilə çıxış edib və dahi mütəfəkkirin anadan olmasının 880 illiyi münasibətilə MEK tərəfindən tərtib olunmuş biblioqrafik göstəricini Bölmənin Nizami Gəncəvi Mərkəzinə hədiyyə olaraq təqdim edib.

Panel iclasında isə G.Məmmədovanın “Xəlil Yusiflinin Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında irsi”nə dair çıxışı dinlənilib. Sonda məruzəçilərə sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə